Lənkəranda ekofestival
Lənkəran Şəhər İcra Hakimiyyəti,
Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm
İdarəsi və Lənkəran Dövlət Peşə Mərkəzinin
birgə təşkilatçılığı ilə Qala
xiyabanında “Yaşıl dünya naminə ekofestival”
keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili”
çərçivəsində təşkil olunan festivalda Lənkəranın
icra başçısı Taleh Qaraşov, Lənkəran-Astara
RMİ-nin rəisi Bəxtiyar Qılıncov və başqa rəsmilər
iştirak ediblər.
Rayonda fəaliyyət göstərən sənaye, kənd
təsərrüfatı emalı müəssisələri,
milli parklar, mədəniyyət, idman, turizm, orta və peşə
təhsili müəssisələri hər biri öz
pavilyonları ilə festivala qatılıblar. Festivalda yerli
istehsal və emal müəssisələrinin
çoxçeşidli məhsulları, ayrı-ayrı təsərrüfatlarda
yetişdirilən ekoloji cəhətdən yüz faiz təmiz
məhsullar, milli və yerli mətbəx nümunələri,
sitrus meyvələri, çay, yerli sənətkarların əl
işlərindən ibarət məhsullar nümayiş olunub.
“Nənələr” və “Babalar” folklor rəqs qrupları və
digər musiqi kollektivlərinin ifasında bədii proqram təqdim
edilib.
Mədəniyyət .- 2024.- 20 noyabr,¹(86).- S.4.