Bölgələrdən
müxtəlif səpkili xəbərlər
Səməd Vurğun adına Qax rayon Mədəniyyət
Mərkəzində İsmayıl Dağıstanlı
adına Qax rayon Xalq teatrı tərəfindən “Qayınana əməliyyatı”
tamaşası nümayiş olunub.
Gülşad Paşayevanın quruluş verdiyi səhnə
işində Şəmsəddin Quliyev, Yusif Qurbanov, İbrahim
Paşayev, Vüsalə Mustafayeva, Aydan Əhmədli, Nəvai
Əliyev və Ceyran Rəcəbova çıxış ediblər.
Tamaşanı Şəki-Zaqatala Regional Mədəniyyət
İdarəsinin (RMİ) rəhbərliyi, mədəniyyət
işçiləri və rayon sakinləri izləyiblər.
***
Mərkəzi Aran RMİ-nin əməkdaşları tərəfindən
Vətən müharibəsi şəhidi Cəlaləddin Fərhadovun
şəhadətə yüksəlməsinin növbəti
ildönümü ilə əlaqədar ailəsi ziyarət
olunub.
Cəlaləddin Fərhadov 44 günlük Vətən
müharibəsi zamanı Füzuli, Xocavənd və
Şuşa rayonlarının azad olunması uğrunda gedən
döyüşlərdə iştirak edib. Noyabrın 8-də
Şuşa qələbəsindən 2 saat sonra şəhidlik
zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən
uğrunda”, “Cəbrayılın azad olunmasına görə”
və “Şuşanın azad olunmasına görə”
medalları ilə təltif edilib.
***
Sabirabaddakı “Hophopnamə” kitab mərkəzində
“Erudikon” adlı intellektual yarış keçirilib. Rayon Mərkəzi
Kitabxanasının nəzdində fəaliyyət göstərən
Sabirabad kitab klubu ilə birgə təşkil edilən
yarışa həm Sabirabad rayonundan, həm də digər
bölgələrdən komandalar qatılıb. “Mən bilmirəm”
komandası yarışın qalibi olub. İlk 3 yerə layiq
görülən komandalar müxtəlif hədiyyələr
və sertifikatlarla mükafatlandırılıb.
***
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
ilə Quba rayon MKS Mərkəzi Kitabxananın Uşaq
şöbəsi tərəfindən “Uşaq hüquqları
aylığı” (20 oktyabr – 20 noyabr) çərçivəsində
“Hüquqlarımızı öyrənək” adlı maarifləndirici
tədbir keçirilib. Şagirdlərə uşaq
hüquqlarının tarixi, dövlət tərəfindən
uşaq hüquqlarının müdafiəsi sahəsində
görülən işlər barədə məlumat verilib.
Sonda “Sənin hüquq və vəzifələrin” adlı sərgiyə
baxış olub.
***
Ağdam rayon MKS-nin Üçoğlan kənd
kitabxanası “Yaşıl dünya naminə həmrəylik
ili” ilə əlaqədar “Yaşıl dünyamızı
qoruyaq!” adlı tədbir keçirib.
Çıxışlarda ekoloji problemlər və onların həlli
istiqamətində görülməli olan işlərdən
danışılıb, COP29-un Azərbaycanda keçirilməsinin
əhəmiyyəti vurğulanıb
***
Şəmkir rayon Mərkəzi Kitabxanasının
Oxuculara xidmət şöbəsi “Uşaq hüquqları
aylığı” çərçivəsində
“Uşağın ailədə və cəmiyyətdə
hüquqlarının qorunması” başlığı
altında tədbir təşkil edib.
Çıxışlarda şagirdlərə
hüquqlarının pozulması hallarına qarşı necə
davranmaları izah olunub.
***
Culfa şəhərində Vətən müharibəsinin
şəhid leytenantı Yaqub Nəcəfovun xatirəsi yad
olunub. Əvvəlcə şəhər qəbiristanlığında
şəhidin məzarı ziyarət olunub. Sonra tədbir Y.Nəcəfovun
ailəsinin yaşadığı mənzilin
qarşısında davam edib.
Culfa rayon icra başçısının müavini
Sara Hüseynova və digər çıxış edənlər
şəhid zabitin döyüş yolundan, qəhrəmanlığından
söz açıblar.
Daha sonra şəhidin xatirəsinə
yaradılmış bulağın açılışı
olub. Məhəmməd və Xuraman Nəcəfovlar
övladlarının xatirəsini uca tutduqlarına görə
hər kəsə təşəkkür ediblər.
Qeyd edək ki, Y.Nəcəfov Şuşa uğrunda
döyüşlərdə şəhadətə ucalıb.
Dövlət başçısının müvafiq sərəncamları
ilə “Vətən uğrunda”, “Şuşanın azad
olunmasına görə” və “Cəsur
döyüşçü” medallarına layiq
görülüb.
***
Goranboy Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən
RMİ-nin birgə təşkilatçılığı ilə
“Qışlaqda bir gün” adlı tədbir keçirilib. Tədbirdə
qış fəslinə uyğun olan kulinariya çeşidləri,
əl işləri, xalçaçılıq sənətinin
nümunələri nümayiş etdirilib, at
yarışları təşkil olunub. Tədbir daha sonra
konsert proqramı ilə davam edib.
N.Məmmədli
Mədəniyyət .- 2024.- 20 noyabr,¹(86).- S.4.