Milli dirçəlişdən
müasir tərəqqiyə
Azərbaycanın yeni tarixinin əlamətdar günlərindən
biri 17 Noyabr – Milli Dirçəliş Günüdür. 17
noyabr 1988-ci ildə Bakıdakı indiki Azadlıq meydanında
ermənilərin Qarabağ iddialarına və azərbaycanlı
əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq kütləvi
mitinqlər başlayıb. Dekabrın 4-dək davam edən
mitinqlər Azərbaycanın tarixinə milli dirçəliş
hərəkatı kimi düşüb. 1992-ci ildə 17 noyabr
Milli Dirçəliş Günü elan edilib.
Bu gün münasibətilə bölgələrdə
müxtəlif səpkili tədbirlər keçirilib.
***
Şabran rayon Heydər Əliyev Mərkəzi və
Quba-Xaçmaz RGİİ-nin Şabran rayonu üzrə gənclər
və idman sektorunun birgə təşkilatçılığı
ilə “17 noyabr milli birlik və həmrəylik
günüdür” mövzusunda dəyirmi masa keçirilib.
***
Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin
təşkilatçılığı, rayon mədəniyyət
müəssisələri və MKS-nin birgə iştirakı
ilə “Milli dirçəlişdən milli tərəqqiyə
tarixi yolun başlanğıcı” adlı tədbir
keçirilib. Çıxışlarda bildirilib ki, artıq
4-cü ildir Milli Dirçəliş Günü Azərbaycanın
ərazi bütövlüyü şəraitində qeyd olunur.
Sonda tədbir iştirakçıları əlamətdar
günlə bağlı videoçarxı izləyiblər.
***
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı
ilə Masallı Dövlət Regional Kollecində “Xalqın
istək və məqsədindən güc alan bir gün”
mövzusunda tədbir keçirilib. Çıxışlarda
vurğulanıb ki, Milli Dirçəliş Gününün
əsas amalı bugünkü gerçəyi müasir
dövlətimiz – ərazi bütövlüyünü tam bərpa
etmiş, bütün torpaqları üzərində
suverenliyi bərqərar
olmuş Azərbaycandır.
***
Lerik rayon Mərkəzi Kitabxanasında təşkil
olunan tədbirdə tarixin müxtəlif mərhələlərində
Azərbaycan xalqının başına gətirilən bəlalardan
bəhs olunub. Bildirilib ki, bütün bunlara rəğmən
xalqımız azadlıq, müstəqillik amallarını
reallığa çevirməyə nail olub, tarix səhnəsində
öz adını yazdıra bilib
***
Ağstafa rayon Mədəniyyət Mərkəzinin
rayon MKS ilə birlikdə keçirdiyi tədbirdə
xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən
birini təşkil edən Milli Dirçəliş
Gününün Azərbaycanın müstəqilliyinin bərpa
edilməsində tarixi rol oynadığı qeyd olunub.
***
Tovuz rayon Heydər Əliyev Mərkəzində rayon mədəniyyət
müəssisələrinin birgə təşkilatçılığı
ilə “17 noyabr milli birlik və həmrəylik
günüdür!” mövzusunda tədbir keçirilib. Sonda
Milli Dirçəliş Gününə həsr olunmuş
film nümayiş olunub.
Mədəniyyət .- 2024.- 20 noyabr,¹(86).- S.4.