Filarmoniyada COP29-a həsr
olunan daha bir konsert
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Akademik Filarmoniyası BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) üçün
maraqlı repertuar tərtib edib.
Bu çərçivədə noyabrın 17-də
növbəti konsertdə bədii rəhbər və baş
dirijor Xalq artisti Fəxrəddin Kərimovun idarəsi ilə
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri
çıxış edib. Solistlər Səid Məmmədov
(skripka) və İrina Mehdiyeva (piano) olublar.
Konsert proqramına klassik musiqi şedevrləri və
müasir musiqi ənənələrini ahəngdar şəkildə
birləşdirən Azərbaycan və Avropa bəstəkarlarının
əsərləri – Cakomo Puççininin “Xrizantema”, Klod
Debüssinin “Ay işığı”, Vaqif Mustafazadənin
“Mart”, Antonio Vivaldinin “Fəsillər” silsiləsindən
“Qış”, Astor Piazzollanın “Fəsillər” silsiləsindən
“Bahar” əsərləri daxil edilib. Avstriya bəstəkarı
Robert Fuksın 3 nömrəli serenada
(“opus 21”) əsəri Bakı səhnəsində ilk dəfə
ifa olunub.
Səsləndirilən əsərlərdəki təbiət
motivləri sənət prizmasından ətraf mühit problemlərinə
diqqət çəkib. Çünki musiqi qlobal problemlərin
həllində insanları birləşdirəcək universal
bir dildir.
Xalq artisti Fəxrəddin Kərimov konsertdən sonra təəssüratını
bölüşüb: “Kamera repertuarı kifayət qədər
genişdir: orkestrin ehtiyatını və musiqi üfüqlərini
genişləndirir. Digər tərəfdən, bu, müxtəlif
üslublarda yazılmış musiqidir. Dinləyicilərimizə
estetik zövq bəxş etməklə yanaşı, Azərbaycan
musiqisini populyarlaşdırmaqla, mümkün qədər
çox bəstəkarın müxtəlif üslublarda
yaratdığı əsərləri ifa etməyə
çalışırıq. Tamaşaçı dinləyirsə
və bundan həzz alırsa, demək ki, biz düzgün
yoldayıq və bu, həm də bizi ruhlandırır”.
Orkestrin solisti İrina Mehdiyeva deyib: “Filarmoniyanın səhnəsində
çıxış etmək həmişə xoşdur.
Yaradıcılıq prosesində tez-tez qastrol səfərlərində
oluruq, lakin ən yaxşı olanı ev səhnəsidir.
Ən tələbkar tamaşaçı sizi çoxdan
tanıyandır və bu, böyük məsuliyyətdir. Hər
şeyin yaxşı getdiyinə çox şadam. Maestro əla
proqram seçib, klonsert gözəl alındı”.
Solist Səid Məmmədov da COP29 günlərində
əcnəbi qonaqların da yer aldığı
tamaşaçı zalı qarşısında
çıxış etməyin onun üçün xoş
olduğunu bildirib.
Mədəniyyət .- 2024.- 20 noyabr,¹(86).- S.5.