“Tanrı quşu gəlmədi”
Biləsuvar və Salyanda nümayiş etdirilib
Lənkəran Dövlət Dram Teatrının
truppası Cavid Zeynallının eyniadlı dramı əsasında
hazırlanan “Tanrı quşu gəlmədi”
tamaşasını noyabrın 18-də Biləsuvar rayonunda
nümayiş etdirib.
Biləsuvar rayon Mədəniyyət Mərkəzində
nümayiş olunan tamaşanı Biləsuvar Rayon İcra
Hakimiyyətinin başçısı Faiq Qürbətov,
Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, idarə
və müəssisə rəhbərləri və ictimaiyyət
nümayəndələri izləyiblər.
“Tanrı quşu gəlmədi” növbəti gün
Salyan Dövlət Kukla Teatrında da nümayiş etdirilib.
Hər iki məkanda tamaşa maraqla
qarşılanıb.
Qeyd edək ki, səhnə əsəri mənəvi
xilasını keçmişdə, uşaqlığında
axtaran Süleyman Əfəndiyevin faciəvi həyatından bəhs
edir. Quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı
Tərlan Sadıqov, bəstəkarı Aydan Əliyevadır.
Rolları Xalq artisti Qabil Quliyev (Süleyman), aktyorlar
Qızılgül Quliyeva (Lamət), Saleh Əzimzadə
(Mustafa), Gülər Kərimova (Aynur), Elçin Hacıyev
(Toğrul), Əlizamin Abbasov (Bəxtiyar), İmaməli
Əskərov (Barış) oynayırlar.
Mədəniyyət .- 2024.-22 noyabr(№87).- S.4.