“Təbiətin səsi” adlı sərgi
açılıb
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyasının təşkilatçılığı
ilə BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan “Təbiətin
səsi” adlı sərgi açılıb.
Sərgidə Gəncədə fəaliyyət
göstərən rəssamların, Gəncə Dövlət
Filarmoniyasındakı dərnək üzvlərinin, Kəlbəcər
şəhər Uşaq incəsənət məktəbinin (Gəncə
şəhəri) şagird və məzunlarının əsərləri
nümayiş etdirilib.
Noyabrın 25-dək filarmoniyanın Urban Mərkəzində
nümayiş etdiriləcək sərginin
açılışından sonra Gəncə Dövlət
Filarmoniyası Xalq çalğı alətləri orkestrinin
müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbərliyi
və dirijorluğu ilə konsert proqramı keçirilib.
Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar
artist Tural Abdullayev, solistlər Zəminə Mustafayeva, Samirə
Hacıyeva, Samir Məmmədov “Gözəl Şuşa”,
“Bakı haqqında mahnı”, “Doğma diyar”, “Qarabağ” və
“Azərbaycan” mahnılarını ifa ediblər.
Mədəniyyət .- 2024.-22 noyabr(¹87).- S.4.