Uşaqlar
dünyanın sevincidir
Yerlərdə “Uşaq hüquqları
aylığı” (20 oktyabr – 20 noyabr) çərçivəsində
bir sıra tədbirlər keçirilib.
Ağstafa Rayon Tarix-Diyarşünaslıq Muzeyi,
Hüseyn Arifin Ev-Muzeyi və 1 saylı Folklor klubu tərəfindən
“Uşaqların hüquqlarını qorumaq bizim borcumuzdur”
adlı tədbir keçirilib. Çıxışlarda qeyd
olunub ki, 1954-cü ildə BMT Baş Məclisi bütün
dünyada uşaqların rifahının
yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə
həsr edilən bu günü bütün dünya ölkələrinə
qeyd etməyi məsləhət görüb. 1959-cu il
noyabrın 20-də Baş Məclis uşaq hüquqları Bəyannaməsi,
1989-cu ilin həmin günündə isə uşaq
hüquqları haqqında Konvensiya qəbul edib. Bu münasibətlə
hər il noyabrın 20-si Uşaq Hüquqları Günü
kimi qeyd edilir.
Ağstafa Dövlət Rəsm Qalereyası tərəfindən
şəhər 2 saylı körpələr evi-uşaq
bağçasında təşkil olunan tədbirdə
çıxış edənlər uşaq
hüquqlarının yaranma tarixi, milli və beynəlxalq
qanunvericilik, dövlət tərəfindən uşaq
hüquqlarının müdafiəsi sahəsində
görülən işlər barədə ətraflı məlumat
veriblər. Daha sonra uşaq və yeniyetmələrin əl
işlərindən ibarət səyyar rəsm sərgisi təqdim
olunub.
***
Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində rayon
Heydər Əliyev Mərkəzi Mərkəzi Kitabxana ilə
birgə və “Hüquqlarını bil və faydalan” mövzusunda
informasiya saatı təşkil olunub. Uşaqlar arasında
hüquqi maarifləndirmənin aparılması məqsədi
daşıyan tədbirdə uşaqlara hüquqi nəşrlər
haqqında məlumat verilib, ölkəmizdə uşaq
hüquqlarının qorunması istiqamətində
görülən işlərdən, hüquqazidd əməllərə
qarşı aparılan mübarizədən
danışılıb, onlara hüquqlarının
pozulması hallarına qarşı mübarizə yolları
izah edilib.
***
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin
(RMİ) təşkilatçılığı ilə Quba
rayon MKS Mərkəzi Kitabxanasının Uşaq şöbəsi
tərəfindən “Uşaqlar dünyanın sevincidir”
adlı tədbir keçirilib. Tədbirdə kitabxana əməkdaşları
və 7 saylı körpələr evi-uşaq
bağçasının fidanları iştirak ediblər.
***
Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyində
“Dövlətimizin tamhüquqlu vətəndaşları”
adlı tədbir keçirilib. Suveren dövlətimizin
azyaşlı sakinlərinə hüquqları haqqında məlumatlar
verilib, diskussiyalar təşkil olunub.
***
Astara rayon Pensər kənd kitabxana filialında
“Uşaqlar və hüquqları” mövzusunda tədbir
keçirilib. Bildirilib ki, Azərbaycan Respublikasında uşaq
hüquqlarının müdafiəsi, onların
inkişafı, hərtərəfli qayğı ilə əhatə
olunması dövlət-uşaq siyasətinin ayrılmaz tərkib
hissəsidir
Sonda kitabxananın əməkdaşları oxucularla
uşaq hüquqları ilə bağlı söhbət
aparıblar.
***
Xaçmaz rayon Mərkəzi Kitabxanasının
“Uşaq hüquqları uşaqların gözü ilə”
adlı məlumat saatı keçirib. Uşaqlara əmək
hüquqlarının yaranma tarixi, hazırda qanunvericilikdə
uşaqlar üçün nəzərdə tutulan
hüquqlar, təminat və güzəştlər, dövlət
tərəfindən uşaqların əmək
hüquqlarının müdafiəsi sahəsində
görülən işlər barədə ətraflı məlumat
verilib. Sonra uşaqları maraqlandıran suallar
cavablandırılıb, müvafiq mövzu ilə
bağlı tövsiyələr verilib. Tədbirin sonunda
iştirakçılar “Uşaq hüquqlarının
informasiya mərkəzi” adlı sərgi ilə tanış
olublar.
Mədəniyyət .- 2024.-22 noyabr(¹87).- S.4.