Rəsulzadənin Polşa-Azərbaycan
əlaqələri haqqında kitabı
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Dünya ədəbiyyatı və komparativistika
şöbəsinin müdiri filologiya elmləri doktoru Gülər
Abdullabəylinin tərcüməsində Məhəmməd
Əmin Rəsulzadənin “Azərbaycan müstəqillik
uğrunda mübarizədə” (Polyak-Azərbaycan əlaqələri)
kitabı rus dilində işıq üzü görüb.
İnstitutdan bildirilib ki, kitab 1938-ci ildə
Varşavada çap olunub. Prezident İlham Əliyevin Məhəmməd
Əmin Rəsulzadənin 140 illik yubileyi haqqında sərəncamına
uyğun olaraq nəşr edilən kitabın elmi redaktoru
AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Əsəri
polyak dilindən tərcümə edən və ön söz
yazan Gülər Abdullabəyli həm də Azərbaycan-Polşa
Elmi-Mədəni Cəmiyyətinin sədridir.
Nəşrdə əsərin polyak dilində olan əslinin
də surəti yer alıb.
Mədəniyyət .- 2024.-22 noyabr(№87).- S.6.