Mahnı teatrında
Estrada-simfonik orkestrinin konserti
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə paytaxtın bir sıra teatr-konsert müəssisələri
11–22 noyabr tarixlərində ölkəmizdə keçirilən
COP29-la bağlı maraqlı mədəni proqram təqdim
edirlər.
Noyabrın 19-da Rəşid Behbudov adına Azərbaycan
Dövlət Mahnı Teatrı Estrada-simfonik orkestrinin konserti
keçirildi.
Teatrın solistləri İlhamə Qasımova, Taleh
Yahyayev, Rövşən Qəhrəmanov, Aynur İsgəndərli,
Fəxri Kazım Nicat, Mədinə Kazımova ifaları ilə
tamaşaçıları unudulmaz emosiyalara qərq etdi.
Konsert proqramını yerli tamaşaçılarla
yanaşı, COP29-la əlaqədar ölkəmizə gəlmiş
qonaqlar və turistlər də izlədilər. İfa olunan
musiqi nömrələri alqışlarla qarşılandı.
Estrada-simfonik orkestrinin bədii rəhbəri Xalq
artisti Salman Qəmbərov, dirijoru Əməkdar incəsənət
xadimi Vasif Axundov və Elbəy Məmmədzadədir.
Mədəniyyət .- 2024.-22 noyabr(№87).- S.5.