COP29 günlərinin
növbəti musiqi axşamı
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Akademik Filarmoniyasının səhnəsində COP29
üçün tərtib olunan repertuardan daha bir konsert təqdim
edilib.
Noyabrın 19-da keçirilən konsertdə Azərbaycan
Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii
rəhbər və baş dirijor Xalq artisti Ağaverdi
Paşayev, dirijor Əməkdar artist İlahə Hüseynova)
və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və
Rəqs Ansamblının xor qrupu (xormeyster Əməkdar artist
Naala Baratelia) çıxış edib.
Solistlər Əməkdar artistlər Çinarə
Mütəllibova (qanun), Ramil Qasımov (tenor), Almaz Orucova (xanəndə),
həmçinin xanəndələr Eldəniz Məmmədov,
Rəvanə Qurbanova, Muğam televiziya müsabiqəsinin
laureatları Zabitə Alıyeva və Vəfa Vəzirova, beynəlxalq
müsabiqələr laureatları Taleh Yəhyayev (bariton), Fəxri
Kazım-Nicat (tenor), eləcə də Aidə Rəfiyeva
(kamança), Natəvan Həsənova (qanun), Sevinc Səfərova,
Ulduz Məmmədova, Fariz Hüseynov (hər üçü
kamança), Nərgiz Mütəllibova (fleyta) olub.
Proqramda Azərbaycan və xarici ölkə bəstəkarlarının
əsərləri səslənib.
Mədəniyyət .- 2024.-22 noyabr(№87).- S.5.