Dadlı, təmiz və sağlam
qidalanma: COP29-da “Slow Food”
Xəbər verdiyimiz kimi, COP29 çərçivəsində
turizm və iqlim mövzusunda tədbirlər də
keçirilib. Noyabrın 19-da COP29-da “Slow Food: yerli aqroməhsullarla
dayanıqlı turizmin inkişafı” adlı panel müzakirəsi
təşkil edilib.
Azərbaycan Turizm Bürosu idarə heyətinin sədri
Florian Zenqstşmidin moderatorluğu ilə keçirilən
paneldə kənd təsərrüfatı və turizmin
dayanıqlı inkişafa dəstək verən əməkdaşlığı
haqqında fikir mübadiləsi aparılıb.
Dövlət Turizm Agentliyinin tabeliyindəki
Qoruqları İdarəetmə Mərkəzi Qastronomiya
şöbəsinin müdiri Səkinə Əsgərova Azərbaycanın
“Slow Food” təcrübəsi ilə bağlı təqdimatla
çıxış edib.
Müzakirə iştirakçıları “Slow Food” hərəkatı
və prinsiplərinin dünya turizminə inteqrasiyası,
dayanıqlı aqro və qastroturizm modellərinin qurulması,
yerli aqroməhsulların turizmə töhfəsi kimi
mövzularda təcrübə və təkliflərini
bölüşüblər.
Qeyd edək ki, COP29 günləri çərçivəsində
Mavi zonada yerləşən Azərbaycan pavilyonunda “Slow Food”
haqqında təqdimat keçirilib və qonaqlara Azərbaycanın
biomüxtəliflik nümunələri əsasında
hazırlanmış qastroturizm məhsulları təqdim
olunub.
“Slow Food” (ingiliscə “yavaş yemək”) dadlı, təmiz
və sosial ədalətlilik prinsiplərinə əsaslanan
sağlam qidalanma, milli və regional mətbəxlərin ənənələrini
qoruyub saxlayan bir yanaşmadır.
Mədəniyyət .- 2024.-22 noyabr(¹87).- S.8.