Məşhur əsər yeni yozumda
Qax Dövlət Kukla Teatrında daha bir
tamaşanın məşqlərinə başlanılıb.
Dramaturq Çingiz Ələsgərlinin italyan
yazıçısı Karlo Kollodinin məşhur “Pinokkionun
macəraları” əsəri əsasında qələmə
aldığı “Pinokkionun qeyri-adi sərgüzəştləri”
pyesi səhnəyə qoyulur.
Tamaşanın quruluşçu rejissoru Əməkdar
artist Yusif Abdurahmanov, quruluşçu rəssamı Mayis
Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Hər kəsə bəlli hekayə qaxlı
kuklaçıların və əsərə fərqli
prizmadan yanaşan dramaturqun təqdimatında daha çox komik
elementləri önə çıxaracaq. Tamaşa
uşaqları güldürməklə yanaşı onları
düşündürəcək mesajlar verəcək.
Qoca usta Çepretto odun parçasından
adamcığaz düzəltmək istəyir.
Əl-ayağı iplərlə hərəkətə gətirilən
kukla Pinokkionun başına bir çox macəralar gəlir,
şər qüvvələrin hücumuna məruz qalır.
Amma xeyirxah qüvvələr onun köməyinə
çatırlar. Nikbin sonluqla başa çatan nümunədə
xeyirxahlığa, cəsarətə və sədaqətə
inam daha qabarıq ifadə olunur. Kukla tamaşası ilin
sonlarında teatrsevərlərlə görüşəcək.
Mədəniyyət .- 2024.- 27 noyabr(№88).- S.4.