“Əvvəlcə
öldülər, sonra evləndilər”
Noyabrın 20-də Heydər Əliyev adına Tbilisi
Dövlət Peşəkar Azərbaycan Dram Teatrında
“Əvvəlcə öldülər, sonra evləndilər”
tamaşasının premyerası olub.
Yerli müəllif Rafiel Eristavinin əsəri əsasında
ərsəyə gələn tamaşanın quruluşçu
rejissoru və musiqi tərtibatçısı Turqay Vəlizadə,
quruluşçu rəssamı Marika Kvaçadzedir.
Teatrın bədii rəhbəri T.Vəlizadənin
sözlərinə görə, R.Eristavinin 200 illik yubileyi ilə
əlaqədar hazırlanan tamaşa Gürcüstan
Respublikasının Mədəniyyət və İdman
Nazirliyinin maddi dəstəyi ilə ərsəyə gəlib.
Tamaşada Telman İsfahanlı, Nərmin Həsənova, Fuad
İsfahanlı, Mədinə Həsənova, Esmiralda Məmmədova
iştirak ediblər.
Tamaşa gürcü dilində nümayiş etdirilib
və regionlara qastrol səfərləri də
planlaşdırılır. Səhnə əsərinin Azərbaycan
dilində də nümayişi nəzərdə tutulur.
Mədəniyyət .- 2024.- 27 noyabr(№88).- S.4.