“Gəlsənə,
dünyadan bir yerdə köçək”
Şəhid qardaşların şeirinin yer
aldığı kitab təqdim olunub
Mingəçevir Turizm Kollecində Vətən
müharibəsi şəhidləri Tural və Musa Həsənov
qardaşlarının “Gəlsənə, dünyadan bir yerdə
köçək” adlı şeir kitabının təqdimatı
keçirilib.
Kollecin direktoru Kamal Əhmədov təhsil
ocağının məzunları olmuş şəhid
qardaşların həyat yolunun gənc nəsillərə bir
örnək olduğunu söyləyib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin
nümayəndəsi Seymur Hidayətov Azərbaycanın tarixi
Zəfərinin Həsənov qardaşları kimi Vətən
oğullarının qəhrəmanlığı sayəsində
əldə olunduğunu vurğulayıb. Şəhid
qardaşların anası Nəhayət Həsənova vaxtilə
övladlarının təhsil aldığı kollecin tələbələrinə
xitab edərək onları daima vətənpərvər
olmağa səsləyib.
Tədbirdə tələbələrin
hazırladığı videoçarx və şəhid
qardaşlarına həsr olunmuş qısa film nümayiş
etdirilib. Şəhid Musa Həsənovun qızına həsr
etdiyi “Rüqəyyam” şeiri kollecin tələbəsi tərəfindən
səsləndirilib.
Mədəniyyət .- 2024.- 27 noyabr(№88).- S.4.