Nəsiminin 655 illiyi münasibətilə
Qəbələ rayon Mədəniyyət Mərkəzində
böyük Azərbaycan şairi və mütəfəkkiri
İmadəddin Nəsiminin (1369–1417) anadan olmasının 655
illiyi ilə əlaqədar ədəbi-bədii gecə
keçirilib.
“Məndə sığar iki cahan, mən bu cahana
sığmazam” adlı tədbirdə çıxış edənlər
dahi şairin Orta əsrlər Azərbaycan ədəbiyyatının
inkişafına verdiyi töhfələrdən
danışıblar. Qeyd olunub ki, Nəsiminin fəlsəfi
poeziyası təkcə Azərbaycanda deyil, ümumilikdə
türk-müsəlman dünyasında ədəbi fikrin
inkişafına mühüm töhfələr verib.
Sonra şairin şeirlərindən nümunələr
səsləndirilib, “Nəsimi” bədii filmindən (rejissor Həsən
Seyidbəyli, 1973) fraqmentlər nümayiş olunub.
Mədəniyyət .- 2024.- 27 noyabr(№88).- S.4.