Sağlam ətraf
mühit üçün media həmrəyliyi
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin
(RMİ) təşkilatçılığı ilə Şəki
şəhər Heydər Əliyev Mərkəzində
“Yaşıl dünya naminə media həmrəyliyi” adlı
konfrans-konsert keçirilib.
Əvvəlcə “Yaşıl dünya naminə həmrəy
olaq” adlı sərgiyə baxış olub.
Qeyd olunub ki, 2024-cü ilin ölkəmizdə
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi
və COP29-un Bakıda keçirilməsi Azərbaycanın
dünyada iqlim dəyişmələrinin fəsadlarına
qarşı mübarizəyə öz töhfəsini verməsinin
təzahürüdür.
Bədii hissədə COP29 və Azərbaycan təbiətini
özündə əks etdirən videoçarx nümayiş
olunub, Şəki şəhər Uşaq incəsənət
məktəbinin “Zəfər” ansamblının müşayiəti
ilə Fərqanə Salamova “Ölkəm”, Hüsniyyə
Hacıyeva və Fərqanə Salamova “Azərbaycan”, Anar Xan
“Dağlar”, Sərxan Hüseynov “Mavidir”, Namiq Aslan
“Köçür durna qatarı” mahnılarını səsləndiriblər.
Həmçinin “İncəlik rəqsi” və “Azərbaycan
süitası” kimi rəqs nümunələri ifa olunub.
Mədəniyyət .- 2024.- 27 noyabr(¹88).- S.4.