“Muğanın rəngləri”
Saatlı Dövlət Rəsm Qalereyasında Saatlı
Rayon İcra Hakimiyyəti Saatlı Tarix-Diyarşünaslıq
Muzeyi ilə birgə “Əməkdar mədəniyyət
işçisi” Sürəyya Zeynalovanın “Muğanın rəngləri”
adlı fərdi rəsm sərgisinin
açılışı keçirilib.
Rayonun icra başçısı Elmir Bağırov və
tədbir iştirakçıları sərgi ilə
tanış olublar. İcra başçısı rəssamın
mədəniyyət sahəsində uzunillik fəaliyyətindən
bəhs edib, əsərlərinin ideya-bədii xüsusiyyətlərindən
danışıb.
Sürəyya Zeynalovanın həyat və
yaradıcılığına həsr olunmuş videoçarx
nümayiş etdirilib.
Sonra müəllif sərgilənən əsərləri
barədə məlumat verib, yaradıcılığına
göstərilən diqqətə görə təşəkkür
edib.
Sonda rəssama fəxri fərman təqdim olunub.
Qeyd edək ki, sərgidə rəssamın 20 yeni əsəri
yer alıb.
Mədəniyyət .- 2024.- 27 noyabr(¹88).- S.4.