Salyanda “Akvarel yağışı”
Salyan Dövlət Rəsm Qalereyasında “Yaşıl
dünya naminə həmrəylik ili”nə həsr olunan
“Akvarel yağışı” adlı rəsm sərgisi
açılıb.
Mərasimdə çıxış edənlər gənc
rəssamlara yaradıcılıq uğurları
arzulayıblar. Bildirilib ki, bu il ölkəmizdə
“Yaşıl dünya naminə həmrəylik ili”dir və bu
il çərçivəsində müxtəlif tədbirlər
həyata keçirilir. Bu sərgi də həmin tədbirlərdən
biridir.
Sonra sərgiyə baxış olub. Akvarel
texnikasında, natürmort və mənzərə janrında
təqdim olunan əsərlərdə gənc və yeniyetmə
rəssamlar ana təbiəti, yaşıllıqların
qorunmasını, xüsusilə də çiçəkləri
təsvir ediblər.
Sərgidə 30 nəfərdən çox rəssamın
40-dək əsəri nümayiş olunub. Sərgi boyu gənc
rəssamlar canlı formada rəsm əsərləri
yaradıblar. Rəsm sərgisində Salyan Rayon Mədəniyyət
Mərkəzi solistlərinin ifasında təbiətə,
çiçəklərə həsr olunan musiqilər səsləndirilib.
Sərgi noyabrın 30-dək ziyarət
üçün açıq olacaq.
Mədəniyyət .- 2024.- 27 noyabr(№88).- S.4.