Yerlərdə mədəni
həyat: müxtəlif səpkili tədbirlər
Şəmkir rayon Gənclər evində Şəmkir
rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət
göstərən rəsm dərnəyi şagirdlərinin əl
işlərindən ibarət “Sənətin izi ilə”
adlı hesabat sərgisi keçirilib. Tədbirdə musiqi
nömrələri də səsləndirilib. Sonda sərginin
iştirakçılarına təşəkkürnamələr
təqdim olunub.
***
Qusar rayon Mədəniyyət Mərkəzində
“Narkomaniyaya qarşı mübarizə hər kəsin
işidir” adlı dəyirmi masa keçirilib. Bildirilib ki,
“Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizə
üzrə Dövlət Proqramı”nda nəzərdə
tutulan məsələlərin həlli istiqamətində
davamlı addımlar atılır. Bu istiqamətində
yeniyetmə və gənclər arasında maarifləndirmə
işlərinin gücləndirilməsi prioritet məsələlərdən
biridir.
***
Göyçay, Kürdəmir, Ucar və Yevlax rayon
icra hakimiyyətləri və Mərkəzi Aran RMİ-nin birgə
təşkilatçılığı ilə növbəti
ağacəkmə aksiyası keçirilib. Aksiyanın məqsədi
ekoloji davamlılıq, yaşıllıq zonalarının
genişləndirilməsi, ətraf mühitin mühafizəsi
və iqlim dəyişikliyi ilə mübarizəyə
töhfə verməkdir. Mədəniyyət müəssisələri
əməkdaşlarının iştirak etdiyi aksiyada
ümumilikdə 3000-ə qədər müxtəlif növ
ağac tingi əkilib.
***
Şirvan-Salyan RMİ-ni əhatə edən şəhər
və rayonlarda “Hozu 007” kinokomediyasının nümayişi təşkil
olunub. Şirvan şəhər Folklor evi, Salyan Dövlət
Kukla Teatrı, Biləsuvar və Neftçala rayon Heydər
Əliyev mərkəzləri, həmçinin Hacıqabul
rayon Mədəniyyət Mərkəzində göstərilən
filmin yaradıcı heyəti ilə görüşlər də
olub.
***
Masallı rayon Mərkəzi Kitabxanasında
“Korrupsiyaya qarşı mübarizə dövlətin prioritet vəzifələrindən
biridir” mövzusunda tədbir keçirilib.
Çıxışlarda dövlət qurumlarının fəaliyyətində
şəffaflığın daha da artırılması,
korrupsiyaya şərait yaradan halların
qarşısının alınması istiqamətində həyata
keçirilən tədbirlərdən bəhs edilib.
***
Astara rayon Heydər Əliyev Mərkəzində 25
noyabr – Kəlbəcər Şəhəri Gününə həsr
olunmuş tədbir keçirilib. Qeyd olunub ki, 44 gün davam edən
Vətən müharibəsi rəşadətli Ordumuzun Zəfəri
ilə başa çatıb, ölkəmizin ərazi
bütövlüyü bərpa olunub. 2020-ci il noyabrın 10-da
imzalanan və işğalçı Ermənistanın
kapitulyasiyasının təsdiqi olan bəyanata əsasən,
noyabrın 25-də Kəlbəcər bir güllə belə
atılmadan işğaldan azad edilib. Dövlətimizin
başçısı tərəfindən 2023-cü il iyulun
31-də imzalanan sərəncamla noyabrın 25-i Kəlbəcər
Şəhəri Günü elan olunub.
Sonda “Kəlbəcər rayonunun işğaldan azad
olunmasından 4 il ötür” adlı film nümayiş
etdirilib.
N.Məmmədli
Mədəniyyət .- 2024.- 27 noyabr(¹88).- S.4.