“Turizmdən kənar
həyat”
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU)
İtaliyanın “Romualdo del Bianco” Fondunun təşkilatçılığı
ilə Florensiyada “Life Beyond Tourism” (“Turizmdən kənar həyat”)
hərəkatı çərçivəsində
keçirilən festivala qatılıb.
ATMU-dan bildirilib ki, onlayn formatda baş tutan tədbirdə
Turizm biznesi kafedrasının baş müəllimi Çinarə
İmamverdiyeva, Turizm və qonaqpərvərlik fakültəsinin
tələbələri Fidan Əhmədova və Nihad
Sadıxov “Xınalıq – buludlar içində qədim kənd”
(“Khinalug – The Ancient Village in Clouds”) adlı təqdimat ediblər.
Təqdimatda sivilizasiyanın ən zəngin etnoqrafik məkanlarından
sayılan Xınalıq kəndinin (Quba rayonu) tarixi, mədəni
irsi, eyni zamanda turizm potensialından danışılıb.
Mədəniyyət .- 2024.- 27 noyabr(¹88).- S.3.