“Geri dönüş” başa
çatıb
Postprodakşn mərhələsində olan daha bir film
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi
“Postprodakşn mərhələsində olan filmlərə dəstək
müsabiqəsi”nin qaliblərindən biri də “Geri
dönüş” tammetrajlı sənədli filmi üzərində
işlər yekunlaşır.
Hazırda filmin rənglənmə və musiqi tərtibatı
prosesi davam etdirilir. “Geri dönüş”ün yaxın zamanda
təqdimatı planlaşdırılır.
Filmin ideyası, rejissoru və ssenari müəllifi Elməddin
Alıyev, operatoru Vasif Vəlizadə, prodüserləri Elməddin
Alıyev və Emil Nəcəfovdur.
Elməddinin arıçılıqla məşğul
olan atası Aftandil kişi və ailəsi 1992-ci ildə
Laçın rayonundan məcburi köçkün
düşüb. O zaman Aftandil kişinin bütün arı təsərrüfatı,
pətəklər Laçında qalıb. Ailə daha sonra Azərbaycanın
müxtəlif bölgələrində
arıçılıqla məşğul olub. Nəhayət,
30 ildən sonra ata öz arılarını götürüb
el-obasına geri dönüb. Filmdə ailə üzvlərinin
işğaldan azad olunandan sonra ilk dəfə öz evlərinin
qalıqlarını görməsi ilə bağlı kadrlar
da yer alıb.
“Karvan production”ın istehsalı olan filmə “Rakurs
Film Media” və “Qardaşlar Mebel” şirkətləri dəstək
göstərib.
Mədəniyyət .- 2024.- 27 noyabr(№88).- S.3.