Hacı Xanməmmədovun
mahnılarından ibarət konsert
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti
Hacı Xanməmmədovun (1918–2005) mahnılarından ibarət
konsert proqramı keçirilib.
Filarmoniyanın Xalq çalğı alətləri
orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii
rəhbərliyi və dirijorluğu ilə Xalq artisti Şahnaz
Haşımova, Əməkdar mədəniyyət
işçisi Mehparə Cəfərova, solistlər Samirə
Hacıyeva, Zəminə Mustafayeva, Samir Məmmədov, Azər
Verdiyev bəstəkarın “Güllü”, “Qurban olduğum”,
“Yaşa, könül”, “Arzuya bax, sevgilim”, “Gözüm
düşdü”, “Gözünə qurban”, “Niyə
döndü”, “Aldatmayaq bir-birimizi” və başqa
mahnılarını ifa ediblər.
Konsert proqramına respublika və beynəlxalq
müsabiqələr laureatı Bayram Üzeyirovun ifasında
“Tar və orkestr üçün 3 saylı konsert” (I hissə)
ilə yekun vurulub.
Mədəniyyət .- 2024.- 27 noyabr(¹88).- S.4.