Moskvada Azərbaycanın kəlağayı
sənəti haqqında təqdimat
Moskva
Millətlər Evində Azərbaycanın ənənəvi kəlağayı
sənəti və simvolikasının Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına
daxil edilməsinin 10 illiyinə həsr olunmuş ədəbi-musiqili
tədbir keçirilib.
“Qədim
Azərbaycan adət-ənənələrinin dirçəlişi
– kəlağayı” adlı tədbirin qonaqlarını Moskva
Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin
(MMM) sədri Bəxtiyar Həsənov, sədr müavini Həşim
Əliyev salamlayıblar.
Tədbirə
videobağlantı vasitəsilə qoşulan Bakı Dövlət
Universitetinin professoru və kafedra müdiri, “Kəlağayı”
kitabının müəllifi Rəna İbrahimbəyova bu sənət
barədə maraqlı məlumatları diqqətə
çatdırıb.
Tədbirin
təşəbbüskarı kimi Moskva Azərbaycanlılarının
MMM Qadınlar Birliyinin rəhbəri Leyla Fərəcova
çıxış edib və bu unikal yaylıq haqqında
hekayəni tamamlamaq üçün Şəkidən qonaq rəssam
və dizayner Cəmilə Hacısəmədzadəni səhnəyə
dəvət edib. Onun təqdimatı da maraqla
qarşılanıb.
Sazın
müşayiəti ilə Azərbaycan xalq mahnılarının
ifaçısı Təranə Gədəbəyli, Leyla
Yusifova, Gülnur Alışeva, Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunun dosenti, türkmən dili
müəllimi Maya Klıçyova, şair-tərcüməçi
Afaq Şıxlı öz məharətlərini
nümayiş etdiriblər.
Sonda
Bəxtiyar Həsənov “Qadın ipək baş geyiminin
istehsalı və daşınmasının ənənəvi
mədəniyyəti və onun simvolikası” müsabiqəsinin
qaliblərinə diplomlar təqdim edib.
Tədbirdə
Azərbaycanın kəlağayı, suvenir və dekorativ sənət
nümunələrindən ibarət sərgi də təşkil
olunub.
Mədəniyyət .- 2024.- 27 noyabr(¹88).- S.3.