Tarix Muzeyində Avropa
milli geyimləri nümayiş olunub
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi
FantazEU Mədəni İrs Festivalı çərçivəsində
Milli Azərbaycan Tarix Muzeyində Avropa milli geyimlərinin sərgisini
keçirib.
Sərgidə Aİ ölkələrinin milli geyimləri
nümayiş olunub. Tədbirdə Avropa musiqisi və rəqsləri
də təqdim olunub.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko
açılış nitqində Azərbaycanda tarixlə
bağlı muzeydə belə tədbir keçirməkdən
qürur duyduqlarını bildirib. Qeyd edib ki, Aİ ölkələri
arasında həm mədəni, həm də tarixi əlaqələr
mövcuddur: “Adət-ənənələrimiz bir-birinə bənzəyir
və milli geyimlərimiz də bənzər mədəniyyətlərimizin
təcəssümüdür. Milli geyimlərin müxtəlifliyini
və çoxluğunu gördükdə belə bir sərgi
təşkil etmək istədik, hesab edirəm ki, belə bir tədbirin
keçirilməsi vacib addım idi”.
Sərgidə Almaniya, Slovakiya, Polşa, Rumıniya,
Latviya, Litva və digər ölkələrin milli geyimləri
yer alıb.
Mədəniyyət .- 2024.- 27 noyabr(№88).- S.2.