Türk
dünyası gəncləri Almatıda bir araya gəliblər
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
– TÜRKSOY-un təşkilatçılığı ilə
20-23 noyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində
I Dünyası Gənclik Forumu keçirilib.
Əl-Fərabi Qazax Milli Universitetinin ev sahibliyi etdiyi tədbir
türk xalqları arasında mədəni və tarixi
bağların möhkəmləndirilməsi, qardaşlıq
və birlik ruhunun gücləndirilməsi məqsədilə
gerçəkləşib.
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin dəstəyi ilə mədəniyyətin müxtəlif
sahələrində uğurları ilə fərqlənən
10 nəfər istedadlı gənc tədbirdə ölkəmizi
təmsil edib.
20 ölkədən 250 yaradıcı gəncin
qatıldığı forum çərçivəsində
iştirakçılar Türk dünyasının mədəni
irsinin təbliği ilə bağlı seminar, müzakirə
və təqdimatlarda iştirak edərək düşüncələrini
bölüşüblər. Gənclərimiz ortaq problemlərin
həlli və birgə layihələrin
reallaşdırılması istiqamətində təkliflər
irəli sürüb, gənclər arasında əlaqələrin
daha da möhkəmləndirilməsi üçün əməkdaşlıq
imkanlarını araşdırıblar.
Azərbaycan nümayəndə heyəti tədbir
zamanı ölkəmizin zəngin mədəni irsini də tanıdaraq
Türk dünyasının bir parçası kimi mədəni
inteqrasiya və dialoqun inkişafına töhfə veriblər.
Tədbir Azərbaycan gənclərinin Türk
dünyası ilə əlaqələrinin möhkəmlənməsi,
təcrübə mübadiləsi və yeni dostluqların
qurulması baxımından xüsusi əhəmiyyət kəsb
edir.
Mədəniyyət .- 2024.- 27 noyabr(№88).- S.3.