Bəstəkarlar
İttifaqının 90 illiyinə həsr olunan daha bir konsert
Azərbaycan Dövlət Akademik Filarmoniyasının
səhnəsində Azərbaycan Bəstəkarlar
İttifaqının (ABİ) 90 illik yubileyinə həsr
olunmuş daha bir konsert keçirilib.
Filarmoniyadan bildirilib ki, tədbirdə Əməkdar mədəniyyət
işçisi Səadət Təhmirazqızı ABİ-nin
yubileyi ilə bağlı silsilə konsertlərdən söz
açıb, budəfəki proqram haqda məlumat verib.
Sonda bədii rəhbər və baş dirijor Xalq
artisti Ağaverdi Paşayevin idarə etdiyi Azərbaycan
Dövlət Xalq Çalğı Alətləri Orkestrinin
müşayiəti ilə Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət proqram təqdim olunub.
Konsertin solistləri Xalq artistləri Nəzakət
Teymurova, Gülyanaq Məmmədova, Samir Cəfərov, Əməkdar
artistlər Almaz Orucova, Sahib Paşazadə, Ramil Qasımov,
televiziya muğam müsabiqəsinin laureatı Zabitə Alıyeva
və beynəlxalq müsabiqələr laureatı Fəxri
Kazım-Nicat olub.
Mədəniyyət .- 2024.- 27 noyabr(№88).- S.2.