Daşkənddə
Türk dünyasına həsr olunmuş beynəlxalq elmi
konfrans
Daşkənd İqtisadiyyat və Texnologiyalar
Universiteti və Turan Elmlər Akademiyasının birgə təşkilatçılığı
ilə “Türkdilli xalqların tarixi, təhsili, mədəniyyəti,
dilləri və ictimai-iqtisadi həmkarlıq perspektivləri”
mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, ABŞ və s. ölkələrdən
alimlərin iştirak etdiyi konfransda Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
(AMM) də təmsil olunub.
Konfransın açılışında Daşkənd
İqtisadiyyat və Texnologiyalar Universitetinin rektoru Şavkat
Mavlamov və Turan Elmlər Akademiyasının prezidenti
Haydarbek Bababekov eyni kökə, dilə, adət-ənənəyə,
mədəniyyətə malik olan qardaş xalqların
inkişafı yolunda Türk dünyasının
inteqrasiyasının vacibliyini qeyd ediblər.
Azərbaycanlı alimlər – dosent Sabir Tağıyev,
professor Bəxtiyar Kərimov, Özbəkistandakı Heydər
Əliyev adına AMM-in əməkdaşı filologiya üzrə
fəlsəfə doktoru Kərimulla Məmmədzadə və
digər çıxışçılar Türk
dünyasının qədim tarixindən bəhs edib, Azərbaycanda
olan qədim türk izləri, türk abidələri
haqqında məlumat veriblər.
Mədəniyyət .- 2024.- 27 noyabr(№88).- S.2.