Musiqisi Səid Rüstəmovundur
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyasında Azərbaycan bəstəkarlıq məktəbinin
görkəmli nümayəndəsi, Xalq artisti Səid Rüstəmovun
(1907-1983) əsərlərindən ibarət konsert proqramı
keçirilib.
Gecədə Xəyal Qəhrəmanovun bədii rəhbərliyi
və baş dirijorluğu, Xalq çalğı alətləri
ansamblının müşayiəti ilə Xalq artisti Sevinc
İbrahimova, Əməkdar mədəniyyət işçisi
Mehparə Cəfərova, Əməkdar artistlər Tural
Abdullayev, Mahir Məmmədov, solistlər Azər Verdiyev, Fuad
Ramazanov, Samirə Hacıyeva, Zəminə Mustafayeva, Xəyal
Əliyev, Rüstəm Cəfərov çıxış
ediblər.
Proqramda bəstəkarın “Durna” operettasından Lalənin
mahnısı, “Hardasan?”, “Getmə”, “Həkim qız”,
“Haralısan?”, “Şeir deyilmi”, “İntizar”, “Qurban adına”,
“Alagöz”, “Bilmədim”, “Gəlmədin”, “Oxu, gözəl” əsərləri
ifa olunub.
Konsert tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
Mədəniyyət.-2024.- 2 oktyabr(№73).- S.4.