“Xalqın mədəni sərvəti”
ustad xanəndəyə həsr edilib
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər
İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən
Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı
ilə “Xalqın mədəni sərvəti” layihəsini təqdim
edir. 1-3 oktyabr tarixlərini əhatə edən layihə bu dəfə
Azərbaycan xanəndəlik məktəbinin görkəmli
nümayəndəsi, Xalq artisti Seyid Şuşinskiyə
(1889–1965) həsr olunub.
Layihə çərçivəsində Gəncə-Daşkəsən
RMİ-nin tabeliyində fəaliyyət göstərən
musiqi məktəblərində, Gəncə Dövlət
Filarmoniyasında konsert proqramları keçiriləcək.
Xatırladaq ki, “Xalqın mədəni sərvəti”
layihəsi bundan öncə Fikrət Əmirov (8-14 yanvar), Qara
Qarayev (14-16 fevral), Cabbar Qaryağdıoğlu (27-29 mart) və
Süleyman Ələsgərova (15-20 aprel) həsr olunmuşdu.
Mədəniyyət.-2024.- 2 oktyabr(№73).- S.4.