AZAL haqqında
videofilm Kannda mükafat qazanıb
Bakı Media Mərkəzinin istehsal etdiyi, rejissoru Fuad
Quliyev olan “AZAL təhlükəsizlik qaydaları videosu” turizm
filmi “Kann Korporativ Media və TV Mükafatları”nın (“Cannes
Corporate Media and TV Awards”) final mərhələsində qaliblər
sırasında yer alıb.
Film “Turizm xidmətləri” kateqoriyasında
“Qızıl delfin” mükafatına (“Golden Dolphin Award”) layiq
görülüb.
“Cannes Corporate Media and TV Awards” dünyanın ən
yaxşı korporativ filmləri, turizm və sənədli
filmlərinin yarışdığı müsabiqədir. Bu
il müsabiqəyə 40-dan çox ölkədən audiovizual
əsərlər təqdim olunub.
“Azərbaycan Hava Yolları” QSC-nin sifarişi ilə
çəkilən videofilm şirkətin uçuş təhlükəsizliyi
təlimatına yaradıcı yanaşmanı nümayiş
etdirir. Filmdə təhlükəsizlik və uçuş təlimatları
Azərbaycanın füsunkar təbiəti və turizmi fonunda
nümayiş etdirilir. Film bundan əvvəl Yaponiya və
ABŞ-də festivallarda mükafat qazanıb.
Bakı Media Mərkəzinin mütəxəssisi Fuad
Quliyev çoxsaylı turizm və reklam filmlərinin
rejissorudur. Rejissorun “Qarabağ FK. 30 mövsüm səfərdə”
sənədli filmi də bu il tamaşaçılara təqdim
edilib.
Mədəniyyət.-2024.-
2 oktyabr(¹73).- S.8.