Qazax səhnəsində “Ezop”un məşqləri
Qazax Dövlət Dram Teatrında “Ezop” əsəri
üzərində məşqlərə başlanılıb.
Braziliya yazıçısı və dramaturqu Qilyermo
Fiqeredonun adıçəkilən pyesinə Əməkdar artist Xəzər Gəncəli
quruluş verir.
Səhnə tərtibatçısı Aysan Omarova,
musiqi tərtibatçısı Vahid Bayramovdur. Rolları Xaqan
Qurbanov, Aytac Cəfərova, Vüsal Hüseynov, Məlahət
Vəliyeva, Sərdar Rüstəm və Rüfət Əhmədov
ifa edəcəklər.
İlin sonunadək tamaşaçıların
ixtiyarına verilməsi nəzərdə tutulan səhnə əsərində
əsas məsələ həqiqətin və ədalətin
olmadığı yerdə mübarizənin
labüdlüyü diqqət mərkəzinə çəkilir.
Buna görə də ədalət, həqiqət olmayan yerdə
azadlıq axtarmaq çox çətin və
mümkünsüzdür.
Qədim yunan filosofu Ksanf fikirlərini Ezopun təmsilləri
əsasında şagirdləri ilə bölüşür. O
hər dəfə çətin vəziyyətə düşəndə
Ezopun köməyi ilə ağır durumdan xilas olur, bunu
yalnız azadlıq uğrunda edir,
qarşılığında Ksanfdan yalnız azadlıq istəyir.
Lakin Ksanf hər dəfə Ezopu başqa bir bəhanə ilə
aldadır və yanında saxlayır. Sonda Ezop
azadlığı dadır. Amma çox az...
Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.4.