Şəki teatrı payız tətilində
məktəblilərə iki tamaşa göstərəcək
Şəki Dövlət Dram Teatrı payız tətili
günlərində məktəbli tamaşaçılara Azərbaycan
dramaturgiyasının banisi M.F.Axundzadənin “Hekayəti-xırs
quldurbasan” komediyası əsasında səhnələşdirilmiş
eyniadlı tamaşanı təqdim edəcək.
Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli,
quruluşçu və geyim üzrə rəssamı Sahib
Əhmədov, baletmeysteri Çingiz Novruzəliyev, musiqi tərtibatçısı
Zeynəb Orucovadır. Rolları Əməkdar artist Rəhim
Qocayev, aktyorlar Xəyal Salahov, Nərmin Abbasova, Çingiz
Novruzəliyev, Lalə Məmməd, İlkin Rüstəmov, Rəşid
Mirizadə və başqaları ifa edirlər.
Hans Kristian Andersenin nağılı əsasında səhnələşdirilmiş
“Kralın yeni paltarı” tamaşası da bərpa edilərək
tətil günlərində tamaşaçılara təqdim
olunacaq.
Tamaşanın quruluşçu rejissoru Arzu Əhmədova,
quruluşçu rəssamı Nicat Məmmədov, geyim
üzrə rəssamı Elman Rəşidli, baletmeysteri
Çingiz Novruzəliyevdir. Səhnə əsərində
Əməkdar artist Rəhim Qocayev, aktyorlar Fərahim Fətəliyev,
Rəsul Məmmədrəhimov, Xəyal Salahov, Günay Novruzəliyeva
və digərləri rol alır.
Mədəniyyət .- 2024.- 4 oktyabr(№74).- S.4.