Sabirabaddakı
“Hophopnamə” kitab mərkəzi sərgidə iştirak edir
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində
X Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin
tabeliyində fəaliyyət göstərən “Hophopnamə”
Kitab Mərkəzi (Sabirabad şəhəri) sərgidə
xüsusi stendlə təmsil olunur.
Sərginin açılış günündə Azərbaycan
Yazıçılar Birliyinin sədri Xalq
yazıçısı Anar, Milli Məclisin İctimai birliklər
və dini qurumlar komitəsinin sədri Fazil Mustafa,
Yazıçılar Birliyinin birinci katibi Xalq
yazıçısı Çingiz Abdullayev, AYB-nin sədr
müavini, Azərbaycan Mətbuat Şurasının sədri
Rəşad Məcid, yazıçı-dramaturq Elçin
Hüseynbəyli və başqa yazıçılar, şairlər
mərkəzin stendi ilə yaxından tanış olublar.
Ziyarətçilərə mərkəzin fəaliyyəti
haqqında məlumat verilib. Bir sıra ziyarətçilər
kitab evinin fəaliyyətini yüksək qiymətləndiriblər.
Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.4.