Natəvanın
şeirləri “EU Reporter” portalında
İrlandiyanın “EU Reporter” mədəniyyət və
xəbər portalında Dövlət Tərcümə Mərkəzinin
“Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə”
layihəsi çərçivəsində şairə
Xurşidbanu Natəvan (1832–1897) haqqında məqalə dərc
olunub.
Mərkəzdən verilən məlumata görə,
“Xurşidbanu Natəvan – Qarabağ xanlığının
sonuncu şahzadəsi” sərlövhəli məqalə ilə
yanaşı, portalda şairənin “Yanar canım, oğul,
daim sənin nari-fəraqında”, “Ey dust, yararmı böylə
iqrar?”, “Ey güli-süsən, səni bir Natəvan çəkmiş
məgər?” şeirləri də ingilis dilində
yayımlanıb.
Məqaləni ingilis dilinə mərkəzin
Böyük Britaniya və İrlandiya ilə əlaqələr
üzrə koordinatoru Nərmin Həsənova, şeirləri
tanınmış ingilis tərcüməçisi Dorian
Rottenberq çevirib.
Mədəniyyət .- 2024.- 4 oktyabr(№74).- S.7.