“Haqq
aşığı yaranıbdı qəm çəkə”
Mikayıl Azaflının 100 illiyi münasibətilə kitab işıq üzü
görüb
Azərbaycan aşıq sənətinin görkəmli
nümayəndəsi Mikayıl Azaflının (1924–1990) 100
illik yubileyi münasibətilə “Haqq aşığı
yaranıbdı qəm çəkə” adlı şeirlər
kitabı işıq üzü görüb.
Kitabı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu Azərbaycan şifahi xalq ədəbiyyatı və
yazılı abidələr şöbəsinin baş elmi
işçisi filologiya elmləri doktoru, professor Qəzənfər
Paşayev və aşığın qızı Maral
Azaflı tərtib ediblər.
Əməkdar elm xadimi Qəzənfər Paşayev
kitaba “Mikayıl Azaflının keşməkeşli həyatı
və sənət dünyası” başlıqlı ön
sözü yazıb.
Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı
ilə nəşr edilən
toplunun redaktorları institutun Azərbaycan şifahi xalq ədəbiyyatı
və yazılı abidələr şöbəsinin müdiri,
Aşıqlar Birliyinin sədri professor Məhərrəm
Qasımlı və aşığın qızı Gülarə
Azaflıdır. “Elm və təhsil” nəşriyyatında
çap olunan kitabda ustad aşığın seçmə
şeirləri toplanıb.
Mədəniyyət .- 2024.- 4 oktyabr(№74).- S.6.