“Zəfərə gedən
yol” – kitabxanada anım tədbiri
F.Köçərli adına Respublika Uşaq
Kitabxanasında Anım Günü (27 sentyabr) münasibətilə
“Zəfərə gedən yol” adlı tədbir keçirilib.
Tədbirdə uşaq yazarı Çinarə
Köçərli və M.Rahim adına 7 nömrəli tam
orta məktəbin 6-cı sinif şagirdləri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi
bütövlüyü uğrunda canlarını fəda
etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Kitabxananın direktoru Əməkdar mədəniyyət
işçisi Şəhla Qəmbərova tədbiri
açaraq Anım Gününün tarixi haqqında məlumat
verib. Deyib ki, təqvimimizin bu əlamətdar günü 44
günlük Vətən müharibəsində qəhrəmancasına
döyüşən, ölkəmizin ərazi
bütövlüyü uğrunda canlarından keçən əsgər
və zabitlərimizə olan dərin ehtiramın ifadəsidir.
Daha sonra kitabxananın əməkdaşı Əsmər
Ağalar Zəfərlə başa çatan Vətən
müharibəsinin qısa icmalını və mövzu ilə
bağlı məlumatları özündə əks etdirən
kitabları şagirdlərə təqdim edib.
Milli Konservatoriya nəzdində İncəsənət
Gimnaziyasının 6-cı sinif şagirdi Əsmər Baratzadə
skripkada Üzeyir bəy Hacıbəylinin “Koroğlu”
operasından “Uvertüra”nı səsləndirib.
Yazıçı Çinarə Köçərli
üçcildlik “44 gün Qarabağda” adlı kitabı
haqqında məlumat verib. Müəllif şagirdlərə Vətən
müharibəsi ilə bağlı suallar ünvanlayıb və
ən doğru cavabı səsləndirən iki məktəbliyə
kitablarını hədiyyə edib.
Məktəblilər şəhid Xudayar Yusifzadədən
bizə xatirə qalan, Əliağa Vahidin sözlərinə
yazılmış “Vətən yaxşıdır” təsnifini
birlikdə oxuyublar.
Sonda Şəmistan Əlizamanlının “Vətən
əmanəti” nəğməsi Əsmər Baratzadənin təqdimatında
ifa olunub.
Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.6.