Qeyri-səlis məntiq
ən demokratik yanaşmadır: kitab sərgisində təqdimat
X Bakı Beynəlxalq Kitab Sərgisinin ilk
günündə Xalq yazıçısı, akademik, Azərbaycan
Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla və AMEA-nın
müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif
olduqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq”
(2022) kitabının təqdimatı keçirilib.
Rafiq Əliyev qeyri-səlis məntiqdən
çıxış edərək çox suallara cavab
tapmağın, xüsusən də onu sosial elmlərdə tətbiq
etməklə xeyli məchul məsələyə aydınlıq
gətirməyin mümkünlüyü barədə
danışıb. O, kitabın yazılmasının məhz
Kamal Abdullanın ideyası olduğunu vurğulayıb. Alim həmçinin
Kamal Abdullanı Azərbaycan ədəbiyyatında “intellektual
romantizmin pioneri” kimi səciyyələndirib.
Kamal Abdulla isə “Kitabi-Dədə Qorqud” dastanı
boylarının dilində qeyri-səlis məntiqə onlarla
nümunənin mövcudluğundan söhbət açıb.
Bildirilib ki, qeyri-səlis məntiqin ən demokratik
yanaşma olduğuna inanan müəlliflər böyük əks-səda
doğurmuş bu araşdırmadan sonra da birgə yaradıcılıqlarını
davam etdirir, uşaqlar üçün qeyri-səlis məntiq
kitabı üzərində çalışırlar.
Kimya elmləri doktoru, akademik Vaqif Abbasov, tarix elmləri
doktoru, professor Solmaz Tohidi çıxış edərək nəşrin
əhəmiyyətini vurğulayıblar.
Gülcahan
Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.6.