“Yaşıl
dünya naminə bir olaq!”
Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi
Bakı Şəhər İcra Hakimiyyəti və Bakı
Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi
ilə “Yaşıl dünya naminə həmrəylik ili”
çərçivəsində mütəfəkkir ədib
Mirzə Fətəli Axundzadə bağında tədbir təşkil
edib.
“Yaşıl dünya naminə bir olaq!” adlı tədbirin
məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin,
yaşıllıqların qorunmasına yönəltmək,
insanları ekoloji problemlərə həssas
yanaşmağa səsləmək,
xüsusilə yeniyetmə və uşaqları bu mövzuda
maarifləndirməkdir.
Muzeydən bildirilib ki, dünyaşöhrətli
violonçel ifaçıs, dirijor M.Rostropoviç həm də
təbiət aşiqi və xeyriyyəçi kimi
tanınıb. Maestro “Tropik meşə fondu”, “Dünya
heyvanların rifahı fondu”, “Nəsli kəsilməkdə olan
dəniz heyvanlarının müdafiəsi fondu”
üçün bir sıra konsertlər vermişdi.
Keçirilən tədbir də Rostropoviçin təbiətə
qayğıkeş münasibətini bir daha yada salıb.
Tədbirdə Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin rəisi İbrahim Əliyev
çıxış edərək Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamı ilə elan olunan
“Yaşıl dünya naminə həmrəylik ili”nin əhəmiyyətindən
söz açıb.
Sonra 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin
təsviri sənət qalereyası şagirdlərinin əl
işlərindən ibarət “Yaşıl dünya naminə”
adlı sərgisi, “Odlar yurdu” xor və “Xarıbülbül” rəqs
kollektivlərinin ifasında mövzuya həsr edilmiş
kompozisiya nümayiş olunub.
Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbinin xalq çalğı alətləri
şöbəsi şagirdlərinin ifasında konsert
proqramı təqdim olunub.
Tədbir paytaxtın sakinləri və qonaqları tərəfindən
maraqla qarşılanıb. Onlara muzey tərəfindən
hazırlanmış məlumat xarakterli liflet paylanılıb.
Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.5.