Üzeyir Hacıbəyli
festivalından yaddaqalan daha bir musiqi axşamı
Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə 18-28
sentyabr tarixlərində keçirilən Üzeyir Hacıbəyli
XVI Beynəlxalq Musiqi Festivalının əksər konsertlərinə
ev sahibliyi etmiş M.Maqomayev adına Azərbaycan Dövlət
Akademik Filarmoniyasında festivalın bağlanışı da
sənətsevərlərə xoş təəssürat bəxş
edib.
Əməkdar artist Əyyub Quliyevin dirijor pultu
arxasında olduğu konsertdə Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət Simfonik Orkestri və solistlər –
Xalq artisti Murad Adıgözəlzadə (piano), Əməkdar
artist Elvin Hoca Qəniyev (violin), Dmitri Sitkovetski (violin,
Böyük Britaniya) öz bənzərsiz ifaları ilə
sürəkli alqışlar qazanıblar.
Proqramda P.İ.Çaykovskinin “Romeo və Cülyetta”
uvertüra-fantaziyası, E.Korngoldun “Violin və orkestr
üçün konsert D dur op.35” (Bakıda ilk ifa), F.Mendelsonun
“Violin, piano və simli orkestr üçün ikili konsert d
moll” əsərləri, Q.Qarayevin “Yeddi gözəl” baletindən
“Adagio” və “Vals” (violin, piano və orkestr üçün
işlənmə) səsləndirilib.
Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.5.