“Zolaqlı pijamalı oğlan”ı
tanıyanlar üçün görüş
Uşaqların kitaba, mütaliəyə biganəliyindən
şikayətçi olanları X Bakı Beynəlxalq Kitab Sərgisində
“Füzuli” təqdimat zonasında sərginin fəxri
qonağı irland yazıçısı Con Boyn ilə
görüşdə görmək lazım idi. Əsərləri
50-dək dilə çevrilmiş Con Boynu bizim oxucular hələlik
ana dilimizə çevrilmiş yeganə əsəri –
“Zoloaqlı pijamalı oğlan” romanının müəllifi
kimi tanıyırlar.
Daha çox yeniyetmələrin
toplaşdığı təqdimat zonasında
çıxış edən yazıçı öz təəssüratını
belə dilə gətirdi: “Mənim əsərlərim
böyüklərlə yanaşı, həm də uşaqlar
üçündür. “Zolaqlı pijamalı oğlan”
romanı müharibə dövründə uşaqların
çəkdiyi iztirablardan bəhs edir”.
Təəssüf ki, müharibənin nə demək
olduğunu Azərbaycanın indiki uşaqları da
yaxşı bilir. Bəlkə də elə buna görə
“Zolaqlı pijamalı oğlan” əsəri irlandiyalı
müəllifin qələmindən çıxsa da,
onların qəlbinə və ruhuna yaxındır.
Görüşdə iştirak edən məktəblilər
yazıçıya onun yaradıcılığı və ədəbiyyat
haqqında suallar verdilər. Dünyaşöhrətli
yazıçı həvəslə onların
suallarını cavablandırdı.
Məlumat üçün bildirək ki, 53
yaşlı Con Boyn indiyədək 17 roman yazıb. “Zolaqlı
pijamalı oğlan” romanı əsasında 2006-cı ildə
“Miramaks” şirkəti eyniadlı film çəkib. Film bir
neçə nüfuzlu kino mükafatına layiq
görülüb. Roman isə iki “Irish Book Awards” və “Bisto
Book of the Year” mükafatlarını qazanıb. Bütün
dünyada kitab 5 milyon nüsxədən çox
satılıb.
Gülcahan
Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.3.