“Səhnəmizin balaca ulduzları”
Qəbələ Xalq teatrının tamaşası
İsmayıl bəy Qutqaşınlı adına Qəbələ
Xalq teatrı dram dərnəyinin üzvləri və Qəbələ
rayon 1 saylı klub tərəfindən rayon Mədəniyyət
Mərkəzində “Səhnəmizin balaca ulduzları”
adlı tamaşa nümayiş olunub.
Tamaşanın hazırlanmasında əsas məqsəd
Xalq teatrının inkişafına təkan vermək, gənc
aktyorları teatrın səhnəsinə cəlb etmək
olub.
Tamaşanın təşkilatçısı dram dərnəyinin
rəhbəri Nihad Cəlilzadə çıxış edərək
Xalq teatrının fəaliyyətində gənc
aktyorların rolunu vurğulayıb.
“Molla Nəsrəddin” lətifələri, həmçinin
Nizami Gəncəvinin “Kərpickəsən kişinin
dastanı” hekayəti əsasında ərsəyə gətirilən
“Səhnəmizin balaca ulduzları” tamaşası maraqla
qarşılanıb.
Nümayişdən sonra Qəbələ Xalq
teatrının rejissor və aktyor heyəti gənc
aktyorları təbrik edib, müvafiq tövsiyələrini
bildiriblər.
İştirakçılar Qəbələ rayon Mədəniyyət
Mərkəzinin fəxri fərmanı ilə təltif
olunublar.
Mədəniyyət .- 2024.- 9 oktyabr(№75).- S.4.