“Cahana sığmayan şair”
Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri
İmadəddin Nəsiminin (1369–1417) anadan olmasının 655
illik yubileyidir.
Bu münasibətlə Sumqayıt şəhər Gənclər
Kitabxanasında 5 saylı tam orta məktəbin müəllim
və şagird heyətinin iştirakı ilə “Cahana
sığmayan şair” adlı ədəbi-bədii gecə
keçirilib.
Tədbirdə çıxış edən
kitabxananın müdir vəzifəsini müvəqqəti icra
edən Leyla Mahmudova şairin həyat və
yaradıcılığı haqqında ətraflı məlumat
verib. Qeyd edib ki, İmadəddin Nəsimi Azərbaycan
Respublikasında əsərləri dövlət varidatı
elan edilən müəlliflərin siyahısına
salınıb.
Şairin həyat və
yaradıcılığını əks etdirən “Əbədiyyət
üfüqlərində doğan eşq günəşi”
adlı sərgidə nümayiş olunan kitabların xülasəsi
verilib.
5 saylı tam orta məktəbin şagirdləri Nəsiminin
qəzəllərini söyləyib, şairin Sumqayıtda yerləşən
heykəli haqqında məlumatı diqqətə
çatdırıblar.
Tədbir iştirakçıları ssenari müəllifi
İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan “Nəsimi”
(1973) filmindən fraqment izləyiblər.
Sonda L.Mahmudova Nəsiminin “Hardasan?” qəzəlini qiraət
edib.
Mədəniyyət .- 2024.- 9 oktyabr(№75).- S.4.