“Yaşıl dünya naminə qlobal
çağırış”
Masallı rayon Mərkəzi Kitabxanasında
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar
“Yaşıl dünya naminə qlobal
çağırış” adlı tədbir keçirilib.
Kitabxananın əməkdaşlar Günay Xəlilova
və Rəşad İsmayılov qlobal iqlim dəyişmələrinin
yaratdığı fəsadlardan bəhs ediblər. Qeyd olunub
ki, dünyada yaşanan ekoloji problemlərin əsasında məhz
bu kimi amillər dayanır və həmin təsirlər Azərbaycandan
da yan keçmir. Azərbaycanda ətraf mühit problemlərinin
həlli istiqamətində genişmiqyaslı işlərin
görülməsi və ekoloji vəziyyətin
yaxşılaşdırılmasına yönəlmiş
dövlət siyasəti ölkənin dayanıqlı
inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Diqqətə çatdırılıb ki, 1992-ci ildə
qəbul olunmuş BMT-nin İqlim Dəyişmələri
haqqında Çərçivə Konvensiyası ekoloji
problemlərin həlli istiqamətində dünya ölkələri
qarşısında böyük tələblər qoyub. Azərbaycan
da öz növbəsində bu çağırışlara
hər zaman həssaslıq göstərib. Bu ilin noyabr
ayında Bakıda keçiriləcək COP29 beynəlxalq
iqlim konfransı ölkəmiz üçün yaşıl
enerji növlərinin yaradılmasının və onun
dünya bazarına nəqlinin prioritet olduğunu bir daha
nümayiş etdirəcək.
Mədəniyyət .- 2024.- 9 oktyabr(¹75).- S.4.