Regionlardakı ədəbi
mənzərəyə “Hophopnamə” töhfəsi
Sabirabadda fəaliyyət göstərən “Hophopnamə”
kitab mərkəzi də X Bakı Beynəlxalq Kitab Sərgisində
iştirak edib. Sərgi çərçivəsində mərkəzin
“Regionlarda ədəbi mənzərə, regiona böyük
töhfə – “Hophopnamə” kitab mərkəzi” adlı təqdimat
mərasimi keçirilib.
Tədbirdə mədəniyyət xadimləri,
yazıçı və şairlər, eləcə də
kitabsevərlər iştirak ediblər.
Mil-Muğan RMİ-nin əməkdaşı Ağalar
Ağammədovun kitab mərkəzinin yaradılması və
fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat
verib. Bildirilib ki, mərkəzin yaradılmasında məqsəd
Azərbaycanda ədəbiyyatın inkişafını təşviq
etmək, oxucuları keyfiyyətli elmi və bədii əsərlərlə
təmin etmək və zəngin mədəni irsimizi qoruyub
yaymaq, mütaliə mədəniyyətinin inkişafına
nail olmaqdır.
Yazıçı-dramaturq Elçin Hüseynbəyli,
şairlər Fərid Hüseyn, Şəhriyar del Gerani,
İbrahim İlyaslı kitab mərkəzini Azərbaycanda mədəniyyətə,
maarifçiliyə və kitaba olan marağın
artırılması istiqamətində mühüm addım
kimi qiymətləndiriblər.
Sonda Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı
çıxış edərək tədbirə imkan
yaradıldığına görə sərginin təşkilatçılarına,
eləcə də təqdimata qatılanlara təşəkkürünü
bildirib.
Mədəniyyət .- 2024.- 9 oktyabr(№75).- S.4.