Gəncə
teatrı “Toros canavarı”nı İstanbulda göstərib
Xəbər verdiyimiz kimi, 1 oktyabr – 1 noyabr tarixlərində
İstanbulda keçirilən VI Maltəpə Beynəlxalq
Teatr Festivalına Gəncə Dövlət Milli Dram Teatrı
da dəvət alıb.
Avrasiya Teatrlar Birliyi (ATB) və Maltəpə Bələdiyyəsinin
birgə keçirdiyi festivala Gəncə kollektivi türk
yazıçı-dramaturqu Əziz Nesinin “Toros canavarı”
pyesi əsasında hazırlanan tamaşanı aparıb. Səhnə
işi oktyabrın 4-də Türkan Saylan Mədəniyyət
Mərkəzində nümayiş olunub.
Səfər haqqında danışan teatrın aktyoru
və ATB-nin Azərbaycan təmsilçisi Yusif Cəfərovun
sözlərinə görə, 500 nəfərlik
tamaşaçı zalında bütün biletlər
satılmışdı. Tamaşaçıların
alqışları səhnə işinin uğurlu
alınmasının sübutu idi.
Xatırladaq ki, tamaşanın quruluşçu
rejissoru Maltəpə Bələdiyyə Teatrının
baş rejissoru, ATB-nin baş katibi Kubilay Erdelikara, rejissoru Yusif
Cəfərov, quruluşçu rəssamı Mustafa
Mustafayevdir.
Rolları Əməkdar artistlər İlham
Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Ramiz Vəliyev,
aktyorlar Günay Cabbarova, Samir Abbasov, Akif Səfərov, Emil
Salmanov, Elmir Məmmədov və Həsən Cəfərov
ifa edirlər.
Məlumat üçün deyək ki, budəfəki
festivalda 11 ölkədən ümumilikdə 29 teatr 32
tamaşa ilə təmsil olunur.
Mədəniyyət .- 2024.- 9 oktyabr(№75).- S.3.