Rus Dram Teatrı
“Kapitan qızı”nı Həştərxana aparıb
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı 30
sentyabr – 10 oktyabr tarixlərində Rusiyanın Həştərxan
şəhərində keçirilən “Teatralnaya delta” III
Beynəlxalq Festival-Forumunda iştirak edib.
Yaradıcı heyət Həştərxan Dram
Teatrının səhnəsində A.S.Puşkinin əsəri
əsasında hazırlanan “Kapitan qızı”
tamaşasını təqdim edib. Tamaşaya rusiyalı
rejissor İqor Konyayev quruluş verib.
Səhnə əsəri ötən il “Sankt-Peterburq
teatr emalatxanaları” beynəlxalq layihəsi çərçivəsində
təqdim olunub. Bakıda premyerası 2023-cü ilin iyununda
olub. Bu ilin aprelində “Kapitan qızı” Sankt-Peterburqda
keçirilən “Rusiyada görüşlər” XXVI Beynəlxalq
Rus Teatrları Festivalında, may ayında isə
A.P.Çexovun Ədəbi-Memorial
Malikanə-Muzeyində (Moskva vilayətinin Çexov
rayonu) “Melixovskaya vesna” teatr festivalında nümayiş olunub.
Azərbaycan aktyorlarının təqdimatında
Puşkinin yaradıcılığına olan böyük
marağı Həştərxan Dram Teatrının tamaşa
zalındakı anşlaq və sonda
tamaşaçıların sürəkli alqışları
təsdiq edirdi.
Rus Dram Teatrının yaradıcı heyəti mədəniyyətlərarası
dialoqu təşviq edən festival-forumun
iştirakçısı kimi diploma layiq görülüb.
Təqdimat mərasimində teatrın direktoru Əməkdar
mədəniyyət işçisi Ədalət Hacıyev və
Həştərxandakı azərbaycanlı diasporunun sədri
Vahid Rəhimov da iştirak ediblər.
Teatrın kollektivinin üzvləri Həştərxanda
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsini
də ziyarət ediblər.
“Teatralnaya delta” festivalının adı Volqa
çayının qollara və ayrı-ayrı axarlara
ayrılaraq nəticədə hamısının dənizə
töküldüyü Həştərxan deltası kimi –
müxtəlif teatr formaları və janrlarının təcəssümünü
əks etdirir. Teatr bir sənət növü kimi dəniz mənasında
göstərilir. Festival Həştərxan Vilayəti
Hökumətinin və Mədəniyyət Nazirliyinin dəstəyi
ilə təşkil olunur.
Mədəniyyət .- 2024.- 9 oktyabr(¹75).- S.8.