Vokalçı Elnarə Məmmədovanın
Sankt-Peterburqda yubiley gecəsi
Dmitri Şostakoviç adına Sankt-Peterburq Akademik
Filarmoniyasının kiçik zalında Azərbaycanın
Əməkdar artisti, opera müğənnisi Elnarə Məmmədovanın
yubiley vokal gecəsi keçirilib.
Proqramda digər müəlliflərin əsərləri
ilə yanaşı, Azərbaycan bəstəkarları Qara
Qarayev, Arif Məlikov və Fərhad Bədəlbəylinin əsərləri
də yer alıb.
Elnarə Məmmədovanın duetdəki həmkarları
Mariinski Teatrının solisti, Tatarıstanın qızıl səsi
Yaramir Nizamutdinov və Azərbaycanda sevilən metso-soprano Yana
Melikayeva olub.
Vokalçıları royalda Mariinski Teatrının
konsertmeysteri Yelena Samarina müşayiət edib.
Konsertdən sonra təəssüratını ifadə
edən Elnarə Məmmədova deyib: “Sankt-Peterburqda
tamaşaçılar çox ciddidir – Rusiyanın mədəniyyət
paytaxtı olması təsadüfi deyil.
Çıxışdan sonra tamaşaçılar yanıma gələrək
konsertə görə təşəkkür edirdilər. Repertuar
fərqli idi. Rusiyalı həmkarlarla da gözəl əməkdaşlıq
oldu. Yana Melikayeva ilə çoxdan tanışıq, Yaramir
Nizamutdinovla isə bu yaxınlarda tanış olmuşuq.
Onlarla əməkdaşlığa görə şadam...”.
Mədəniyyət .- 2024.- 9 oktyabr(№75).- S.8.