Azərbaycan Şimali
Kiprdə keçirilən festivalda təmsil olunub
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC)
İskele Bələdiyyəsinin təşkilatçılığı
ilə “Bizim sevgimiz – sizin sevginizdir” adlı mədəniyyət
festivalı keçirilib. Festivalda ölkəmizi Azərbaycan-ŞKTC
Dostluq Cəmiyyəti təmsil edib.
Cəmiyyətin rəhbəri Orxan Həsənoğlu
bildirib ki, tədbir çərçivəsində
ümumilikdə 21 ölkənin mədəniyyətinə və
adət-ənənələrinə həsr olunmuş stendlər
təşkil olunub.
ŞKTC Prezidenti Ersin Tatar və turizm naziri Fikri
Ataoğlu festival iştirakçılarına müraciət
ediblər.
Ersin Tatar çıxışında Kipr türklərinin
zəngin tarixinə diqqət çəkib, mədəniyyətlərarası
əlaqələrin dərinləşdirilməsinin vacibliyini
qeyd edib. “ŞKTC Şərqi Aralıq dənizində mədəniyyət
və insan hüquqlarına dəyər verilən və
hörmət edilən müstəqil türk dövlətidir.
Kipr türkləri dünyanın bütün ölkələri
ilə dialoqa hazırdır”, – deyə o vurğulayıb.
Dövlət başçısı Azərbaycan stendi
ilə tanış olub.
Azərbaycan-ŞKTC Dostluq Cəmiyyəti rəqs
qrupunun çıxışı alqışlarla
qarşılanıb.
Mədəniyyət .- 2024.- 9 oktyabr(№75).- S.8.