“Daşa yazılan tarix” – sərgidə daha bir təqdimat

 

Oktyabrın 7-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə görkəmli qazax alimi, akademik Darxan Kıdıralinin “Daşa yazılan tarix” kitabının təqdimatı olub.

Tədbirin aparıcısı şair Fərid Hüseyn kitab haqqında məlumat verib. Bildirib ki, “Daşa yazılan tarix” yalnız elmi əsər deyil, həm də Türk dünyasının ortaq yaddaşını, irsini və mədəniyyətini bir araya gətirən elmi tədqiqatdır.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında diqqətə çatdırıb ki, ümumtürk tarixi və mədəni irsinin izlərinin əks olunduğu kitab təkcə alimlər üçün deyil, geniş oxucu kütləsi üçün də maraqlı olacaq.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid əsərin türk xalqlarının tarixinin gələcək nəsillərə ötürülməsində və qorunmasında önəmli vasitə olacağını qeyd edib.

Çıxışlarda bildirilib ki, bu cür əsərlər qardaş xalqlarımızın ortaq köklərini, mədəni irsini də daha dərindən öyrənmək və tanıtmaq üçün mühüm rol oynayır.

 

Mədəniyyət .- 2024.- 9 oktyabr(¹75).- S.7.