Şamaxıda
tanınmış aşığın 60 illiyi qeyd edilib
Azərbaycan Aşıqlar Birliyi (AAB), Şamaxı
Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional
Mədəniyyət İdarəsinin (RMİ) birgə təşkilatçılığı
ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində
Əməkdar mədəniyyət işçisi, ustad
aşıq Ağamurad İsrafilovun (Şirvanlı) 60 illik
yubileyi münasibətilə tədbir keçirilib.
Rayonun icra başçısı Tahir Məmmədov,
AAB-nin sədri professor Məhərrəm Qasımlı,
Dağlıq Şirvan RMİ-nin rəisi Vasif Qurbanzadə,
filologiya üzrə fəlsəfə doktoru Yaqut
Bahadurqızı və digər çıxış edənlər
Ağamurad Şirvanlını təbrik edib, ona xoş
arzularını çatdırıblar.
Yubilyara fəxri fərmanlar və hədiyyələr
təqdim olunub.
Bədii hissədə Xalq artistləri Nəzakət
Teymurova, Zabit Nəbizadə, Əməkdar artistlər Elnarə
Abdullayeva, Şirzad Fətəliyev, Əməkdar mədəniyyət
işçisi Aşıq Samirə, Aşıq Əli, xanəndələr
Nemət Ərəboğlu, Abgül Mirzəliyev və
“İncə tellər” aşıqlar ansamblı
çıxış ediblər. İfalar
tamaşaçılar tərəfindən böyük rəğbətlə
qarşılanıb.
Ağamurad İsrafilov Şamaxı rayon Əfzələddin
Xaqani Şirvani adına Mədəniyyət Mərkəzinin Mərzəndiyyə
kənd klubunun müdiri, eyni zamanda AAB-nin Şirvan bölməsinin
sədridir.
Mədəniyyət.- 2024.- 11 oktyabr(№76).- S.4.